2024-cü ilin yanvar-okrtyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 34,2 milyon manatlıq dərman və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən 2% çoxdur.
Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,1 % faizi dərman və tibbi ləvazimatların alınmasına sərf olunub.
Təkcə sentyabr ayında dərman və tibbi ləvazimatlara xərclənən vəsaitin məbləği isə 97,4 milyon manat təşkil edib.