2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 72,1 milyon manatlıq içki və tütün məhsulları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-cü ilin yanvar-oktyabr aylarına nisbətən 0,2% çoxdur.
Bu ilin 10 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 4,3% faizi içki və tütün məhsullarının alınmasına sərf olunub.
Təkcə sentyabr ayında içki və tütün xərclənən vəsaitin məbləği isə 2 milyard 72,1 milyon manat təşkil edib.