Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49.1 faizi ərzaq məhsullarının, 5 faizi içkilər və tütün məmulatlarının, 15.7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 faizi avtomobil benzini və dizel yanacağının, 5.3 faizi elektrik malları və mebellərin, 2.2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15.7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak mallarının dəyər ifadəsində 26.9 faizi ticarət müəssisələri, 50.5 faizi fərdi sahibkarlar tərəfindən, 22.6 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 19.3 faiz artmış, fərdi sahibkarlar üzrə 2.7 faiz, bazar və yarmarkalarda 0.4 faiz azalıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 347.9 manatlıq, o cümlədən 188.4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 159.5 manatlıq qeyri-ərzaq malları almışdır.