2023-cü ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 35572,9 milyon manat olmuşdur. Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin səviyyəsini 7,7 faiz üstəliyərək 35 milyard 504,7 milyon manat təşkil edib.
Bakıda restoranların dövriyyəsi - 18% BÖYÜYÜB
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2022-ci ilə nisbətən müqayisəli qiymətlərlə 7,6 faiz çoxdur.
|
2023-cü ilin yanvar-dekabr ayları, milyon manat |
2023-cü ilin yanvar-dekabr ayları 2022-ci ilin yanvar-dekabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
35 572,9 |
107,6 |
o cümlədən: müəssisələr üzrə |
11 295,7 |
103,3 |
fərdi sahibkarlar üzrə |
20 004,7 |
116,4 |
bazar və yarmarkalar üzrə |
4 272,5 |
86,9 |
2023-cü ilin yanvar-dekabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2022-ci ilin yanvar-dekabr aylarına nisbətən 2,3 faiz artaraq 20695,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 16,0 faiz artaraq 14877,9 milyon manata bərabər olub.
Dövriyyənin ümumi həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz azalaraq 58,2 faiz təşkil edib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 58,2 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,8 faizi elektrik malları və mebelin, 3,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 3,7 faizi əczaçılıq və tibbi malların, 7,9 faizi avtomobil yanacağının, 8,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə paytaxtın pərakəndə ticarət şəbəkələrində ən çox məhsul Nəsimi, Sabunçu və Nizami, ən az məhsul isə Pirallahı, Xəzər və Suraxanı rayonlarında satılıb.
|
Pərakəndə ticarət dövriyyəsinin həcmi, min manat |
2022-ci ilə nisbətən, faizlə |
Bakı şəhəri – cəmi |
35 572 933,3 |
107,6 |
o cümlədən rayonlar: |
||
Binəqədi |
2 769 583,3 |
103,7 |
Xətai |
4 048 014,9 |
107,0 |
Xəzər |
1 105 191,8 |
114,4 |
Qaradağ |
3 225 367,6 |
107,9 |
Nərimanov |
3 493 255,0 |
104,2 |
Nəsimi |
4 695 085,3 |
109,9 |
Nizami |
4 061 523,6 |
112,2 |
Pirallahı |
14 701,2 |
114,5 |
Səbail |
2 937 102,6 |
114,1 |
Sabunçu |
4 419 865,5 |
105,9 |
Suraxanı |
1 652 734,5 |
98,5 |
Yasamal |
3 150 508,0 |
106,6 |