2023-cü ildə ictimai iaşə dövriyyəsinin həcmi 1451,6 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2022-ci illə müqayisədə real ifadədə 18,7 faiz çoxdur.
Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci illə müqayisədə 14,1 faiz artaraq 787,5 milyon manat olub.
Qeyd edək ki, Bakıda 2022-ci ildə ictimai iaşə dövriyyəsinin həcmi 1096,6 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 617,7 milyon manat olub ki, bu da ümumi dövriyyənin 56,3 faizini təşkil edib