2025-ci ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 1 milyard 537,5 milyon manat olub.
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 15,0% artım göstərir.
Məlumata görə, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 842,7 milyon manat təşkil edib və bu, ümumi dövriyyənin 54,8%-ni təşkil edir.










