2025-ci ilin yanvar-oktyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard 295,6 milyon manat olub.
FED.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,6% artım deməkdir.
Məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 6 milyard 569,5 milyon manatlıq xidmət göstərilib və bu, ümumi xidmət dəyərinin 90%-ni təşkil edib.










