Bakıda cari ilin 5 ayı üzrə tikintinin vəziyyəti açıqlanıb.
FED.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,3 faizini əsaslı təmir, 4,6 faizini cari təmir, 5,4 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 89,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiiriblər.