2024-cü ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 15 milyard 892,1 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,5 faiz çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz artaraq 9 milyard 116,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,5 faiz artaraq 6 milyard 775,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə 48,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.