2024-cü ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi 708,1 milyon manat olub.
FED.az xəbər veri ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,8 faiz artım deməkdir.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 422,9 milyon manat olub ki, bu da ümumi dövriyyənin 59,7 faizini təşkil etmişdir.