2024-cü ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 12 milyard 537,7 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istindadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5858,3 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb