Bu ilin yanvar-sentyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 58,4% azalaraq 317,2 milyon manat olub.
Eləcə də bax: Bakıda inflyasiya 2,5% olub
FED.az bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 70,4%-i hüquqi şəxs statuslu müəssisələrin, 29,6%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. (Report)
Hüquqi şəxslər üzrə dövriyyə illik müqayisədə 36,5% azalaraq 224,6 milyon manat olub. (Report)