Bu ilin yanvar-sentyabr aylarında Bakıda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 102,5% təşkil edib.
Eləcə də bax: "Gələn il 3,6-4% inflyasiya gözlənilir"
FED.az bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 104,7%, qeyri-ərzaq malları üzrə 100,6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 101,1% təşkil edib. (Report)