2024-cü ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsinin həcmi 600,5 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz çoxdur.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 332,6 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 55,4 faizini təşkil etmişdir.