2024-cü ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 282,6 manat təşkil edib.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin müvafiq dövrünə nisbətən 110,2 manat və ya 9,4 faiz çoxdur.
Bildirək ki, 2023-cü ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 172,4 manat təşkil edib