2022-ci ildə Bakı şəhərində qida məhsullarının, içki və tütün məmulatlarının istehsalı sahələrində 1 milyard 766,7 milyon manat dəyərində məhsul istehsal edilib.
Azərbaycanda yanvarda ən çox bahalaşan məhsullar açıqlandı - SİYAHI
FED.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2021-ci illə müqayisədə qida məhsullarının istehsalı 18,6, içki istehsalı 3,7 faiz artıb, tütün məmulatlarının istehsalında isə 45,3 faiz azalma müşahidə olunub.
Həmçinin, 2021-ci illə müqayisədə bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalında 8,6 faiz artım olub, pendir və kəsmik istehsalı isə 2,6 faiz azalıb.