2023-cü ilin yanvar-sentyabr aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 23 milyard 671,8 milyon manat təşkil edib.
Bakıda satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 9% artıb
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% çoxdur.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin səviyyəsini 6,8 faiz üstələyərək 23 milyard 623,0 milyon manat təşkil edib.
Məhsul bazarı üzrə əsas göstəricilər
|
2023-cü ilin yanvar-sentyabr ayları, milyon manat |
2023-cü ilin yanvar-sentyabr ayları 2022-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi |
23 671,8 |
106,8 |
o cümlədən: müəssisələr üzrə |
8 310,5 |
103,3 |
fərdi sahibkarlar üzrə |
11 674,4 |
116,4 |
bazar və yarmarkalar üzrə |
3 686,8 |
90,1 |