2023-cü ilin yanvar-sentyabr aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 29 milyard 650,4 milyon manat təşkil edib.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Bu 2022-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 9,3 faiz artıb..
Satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,2 faizini qeyri-dövlət sektoru təşkil edib.
Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri 2022-ci ilin səviyyəsindən real ifadədə 14,1 faiz artaraq 28232,0 milyon manat olub.