2025-ci ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi 10 milyard 860,4 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 2,3 faiz artaraq 6005,9 milyon manata, qeyri-ərzaq malları isə 7,7 faiz artaraq 4854,5 milyon manat olub.
İstehlak məhsullarının 39,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 51,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 9,0 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.