2025-ci ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsinin həcmi 545,3 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə xəbər verir.
Bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 19,3 faiz artım deməkdir.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 313,4 milyon manat olub ki, bu da ümumi dövriyyənin 57,5 faizini təşkil edib.