Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 168 manat təşkil edib.
Azərbaycanda orta aylıq əməkhaqqı 920 manata yüksəlib
FED.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi bildirir.
Bildirilir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,6 % çoxdur.
Xatırladaq ki, hesabat dövründə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı illik müqayisədə 11,2 % artaraq 920 manat olub. Beləliklə, Bakıda orta maaş ölkə üzrə orta göstəricini 27 % üstələyir.