Bu ilin yanvar-fevral aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 083 manat təşkil edib.
Azərbaycanda orta aylıq əmək haqqı - 900 MANATI KEÇDİ
FED.az bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verir.
Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,6 % artıb.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 11,2 % artaraq 854,5 manat təşkil edib.