2021-ci ilin yanvar ayında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 1 milyard 757,4 milyon manat olub.
Eləcə də bax: Bakıda restoranların dövriyyəsi - 9% Artıb
FED.az xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 882,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,5 faiz azalaraq 875,0 milyon manata bərabər olub.
İstehlak məhsullarının 33,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 55,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb. (Trend)