2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi 31 milyard 31,3 milyon manat olub.
FED.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 4,7% artım göstərib.
Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,6% artaraq 17 milyard 208,4 milyon manat, qeyri-ərzaq malları isə 10,1% artaraq 13 milyard 822,9 milyon manat təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi müəssisələr üzrə real ifadədə 6,2%, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 3,9% artım göstərib. İstehlak məhsullarının 36,9%-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,5%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,6%-i isə paytaxtın əmtəə bazarlarında satılıb.










