2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 263,6 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 0,4 ton və ya 0,2% artıb.
2023-cü ilin yanvar-fevral aylarında bu göstərici 263,2 ton təşkil edib.
01.03.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 219,6 ton təşkil edib ki, bu da illik müqayisədə 111,3 ton və ya 2 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 108,3 ton olub.