2025-ci ilin yanvarında Azərbaycan xaricdən 18 milyon 695 min ABŞ dolları 86 min 654 ton buğda idxal edib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 16 min 508 ton və ya 24% artıb, dəyər baxımından isə 2 milyon 412 min dollar və ya 15% azalıb.
2024-cü ilin yanvarında isə Azərbaycana 16 milyon 284 min dollar dəyərində 70 146 ton buğda idxal edilmişdi.
Ay ərzində idxal olunan 1 kq buğdanın orta statistik qiyməti 37 qəpik olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 qəpik (7,1%) ucuzlaşma deməkdir.
2023-cü ilin yanvar ayında buğdanın kiloqramın orta statistik qiyməti 40 qəpik olub.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0.91%-ni təşkil edib.