Azərbaycanda yumurta istehsalı azalıb.
Eləcə də bax: Qiymətlərin artması əhalinin gəlirlərinin artmasını - Tamamilə Silib
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-iyun aylarında yumurta istehsalı isə 4 faiz azalaraq 951,3 milyon ədəd olmuşdur.
Cari ilin yanvar-iyun aylarında Azərbaycanın quşçuluq müəssisələrində 339,9 milyon ədəd (keçən ilin yanvar-iyun aylarında 402 milyon ədəd) yumurta istehsal olunub. Quşçuluq müəssisələrində yumurta istehsalı 15,4% azalıb.
Yanvar-iyun aylarında quşçuluq müəssisələrində hər yumurtlayan toyuqdan orta hesabla 101 ədəd yumurta alınmışdır.
2020-ci ildə Azərbaycanda 1 milyard 906,2 milyon ədəd yumurta istehsal edilmişdir.
QUŞ ƏTİ İSTEHSALI DA AZALIB
Cari ilin yanvar-iyun aylarında quşçuluq müəssisələrində diri çəkidə 36,1 min ton (keçən ilin yanvar-iyun aylarında 36,4 min ton) quş əti istehsal olunmuşdur. (Marja)