2024-cü ilin yanvar-mart aylarında Azərbaycanda 384,1 min ton avtomobil benzini istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil benzini istehsalı 34,6 min ton və ya 9,9% artıb.
2023-ci ilin yanvar-mart aylarında bu göstərici 349,5 min ton təşkil edib.
01.04.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 64,9 min ton təşkil edib ki, bu da illik müqayisədə 38,9 min ton və ya 2,5 dəfə çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 26 min ton olub.