Gürcüstan 2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 13,77 milyon dollar dəyərində 3 980,90 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun ümumi dəyəri illik ifadədə 4,42 milyon dollar və ya 47%, həcmi isə 281 ton və ya 7,6% artıb.
2022-ci ilin ilk 8 ayı ərzində isə Gürcüstan Azərbaycana 9,355 milyon dollar dəyərində 3 699,77 ton canlı iribuynuzlu mal-qara ixrac edib.
Bu il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonu üçün ödənilən məbləğ 933 dollar və ya 37% artaraq 3 461,52 min dollara çatıb. (Apa)