2021-ci ilin yanvar-mart ayı ərində Azərbaycandan 19 milyon 516 min dollar dəyərində 21 260 ton pomidor ixrac edilib.
Eləcə də bax: Azərbaycanın daha 7 sahibkarına Rusiyaya pomidor ixracına - İcazə Verildi
FED.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, pomidor ixracının dəyəri ötən ilin eyni ayı ilə müqayisədə təxminən 2 dəfə azalıb.
Belə ki, 2020-ci ilin yanvar-mart ayında ölkəmizdən 32 milyon 770 min dollar dəyərində 43 927 ton pomidor ixrac edilmişdi.