2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 192,6 ton yod istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə yod istehsalı 7,6% və ya 13,6 ton artıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 179 ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 27,8 ton təşkil edib ki, bu da illik müqayisədə 9,4 ton və ya 51,1% çoxdur.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 18,4 ton olub.