2023-сü ilin yanvar-noyabr aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 615,8 milyon manatlıq məhsul istehsal edilib.
FED.az bunu Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, maşın və avadanlıqların istehsalı 37,4 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 9,9 faiz azalıb.
2023-сü ilin yanvar-noyabr aylarında 3079 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1267 ədəd çox minik avtomobili istehsal olunub.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11,3 faiz artaraq 619 ədəd, yük avtomobillərinin istehsalı isə 6,4% artaraq 315 ədəd təşkil edib.