2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 22 603,5 min ton dəyərində xam neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 1889,9 min ton və ya 7,7% azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 24 493,4 min ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 204,1 min ton təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 67 min ton və ya 24,3% azdır.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 271,1 min ton təşkil edib.