2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 20 229,9 min ton dəyərində xam neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 1639,9 ton və ya 7,5% azalıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 21 869,8 ton təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 204,3 min ton təşkil edib.