2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 25 068,2 min ton dəyərində xam neft istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə xam neft istehsalı 2 170,4 min ton və ya 8% azalıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 27 238,6 min ton təşkil edib.
01.11.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 217,9 min ton təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 46 min ton və ya 17,4% azdır.
01.11.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 263.9 min ton təşkil edib.