2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 84 min dkl viski, konyak istehsal olunub ki, bu da illik müqayisədə 2.8 dəfə çoxdur.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Komitənin hesabatına əsasən, cari ilin dekabrın 1i vəziyyətinə 23.6 min dkl hazır viski, konyak ehtiyatı var.
Hesabat dövründə ölkədə üzüm şərabının istehsalı 27.5%, alkoqolsuz içkilərin istehsalı isə 9.6% artıb. Bu dövrdə 767.1 min dkl üzüm şərabı, 33 799 min dkl alkoqolsuz içki istehsal olunub. Dekabrın 1-inə olan vəziyyətə görə, ölkədə 907.4 min dkl üzüm şərabı, 358.8 min dkl alkoqolsuz içki ehtiyatı var.