2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 499 ədəd traktor istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 95 ədəd və ya 23,5% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 404 ədəd təşkil edib.
2023-cü ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 12 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 25 ədəd yaxud 55,6% azalıb.
2022-ci ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 27 ədəd olub.