Cari ilin yanvar-noyabr aylarında tikinti materiallarının istehsalı sahəsində 2022-ci il yanvar-noyabr aylarında istehsalın ümumi dəyəri 994,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artmışdır.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, dövr ərzində tikinti əhənginin istehsalı 26,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 26,5 faiz, tikinti gipsinin istehsalı 20,4 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərin istehsalı isə 9,9 faiz artıb.