2023-cü ilin yanvar-iyun aylarında 494,6 milyon manat ($290,9 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,3% çoxdur.
Azərbaycanda kağız və karton istehsalı 18%-dən çox artıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 1,762 milyon ton sement (artım 1,9%), 13,7 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 34,1%), 27,6 min ton asfalt (azalma 37,4%), 270,9 min kubmetr tikinti kərpici (azalma 16%) və 4,497 milyon kvadratmetr tikinti şüşəsi (artım 21,7%) istehsal edilib.
Bundan başqa, 1,821 milyon ton sement klinkeri (artım 16,2%), 36,5 min ton tikinti gipsi (artım 96,2%), 1,77 milyon ton hazır beton qarışığı (artım 14,9%) və 29,8 min ton tikinti əhəngi (artım 52,8%) istehsal edilib.
2022-ci ildə Azərbaycanda 1 milyard 85,7 milyon manat (cari məzənnə ilə $638,8 milyon) məbləğində tikinti materialları istehsal edilib ki, bu da 2021-ci illə müqayisədə 12,6% çoxdur. (İnterfaks-Azərbaycan)