2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 83,3 milyon manat dəyərində kağız və karton istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kağız və karton istehsalı 12,8 milyon və ya 18,2% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 70,5 milyon manat təşkil edib.