2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 327,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4% azalıb.
Eləcə də bax: Azərbaycanda araq istehsalı artıb - CƏDVƏL
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə tikinti gipsinin istehsalı 2,1 dəfə, tikinti kərpicinin istehsalı 15,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 3,6% artıb, sementin istehsalı 2,4%, betondan yığma tikinti konstruksiyalarının istehsalı 26,7%, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 41,1%, tikinti əhənginin istehsalı 41,3%, asfaltın istehsalı 41,5%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı isə 64,5% azalıb.