Ötən il tikinti materiallarının istehsalının ümumi dəyəri 871,8 milyon manat olmaqla, 2020-ci illə müqayisədə 80,6 faiz artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövr ərzində odadavamlı kərpiclər, bloklar, tavalar və oxşar saxsı tikinti məhsullarının istehsalı 8,6 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 74,3 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 69,2 faiz, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 56,8 faiz, tikinti gipsinin istehsalı 47,9 faiz, tikinti kərpicinin istehsalı 57,3 faiz, sementin istehsalı 6,3 faiz, tikinti əhənginin istehsalı isə 4,4 faiz artıb.