2021-ci ildə Azərbaycanda əsas kapitala 16 milyard 127 milyon manat məbləğində vəsait yatırılıb. Bu 2020-ci il ilə müqayisədə 8,2 faiz azdır.
Eləcə də bax: Bakıda istismara tam yararsız binaların sayı - AÇIQLANDI
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ildə Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 faiz azalmışdır.
İstifadə olunmuş vəsaitin 10 milyard 536,7 milyon manatı və ya 65,3 faizi məhsul istehsalı sahələrinə yönəldilib.
İnvestisiyaların 4 milyard 560,8 milyon manatı və ya 28,3 faizi xidmət sahələrinə, 1 milyard 029,5 milyon manatı və ya 6,4 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 794,3 milyon manatını və ya 73,1 faizini daxili vəsaitlər təşkil etmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 015,7 milyon manatı və ya 68,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 54,7 faiz, büdcə vəsaitləri 25,7 faiz, sair vəsaitlər 7,5 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri isə 6,0 faiz təşkil etmişdir.