Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 432,2 min kub metr tikinti kərpici istehsal olunub.
Bu barədə FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə 19,5 min m3 və ya 4,3% azdır.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında 451,7 min kub metr tikinti kərpici istehsal edilib.
2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 1,1 min m3 təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 min m3 yaxud 7 dəfə azdır.
2022-ci ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 7,8 min m3 olub.