2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 733,9 min ton sement istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə sementin istehsalı 80 min ton və ya 3 % artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 2 653,9 min ton təşkil edib.
2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 62,8 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 34,4 min ton yaxud 35,4% azdır.
2022-ci ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 97,2 min ton olub.