2024-cü ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 7 milyard 834,2 milyon manat olub.
FED.az bu barədə Bakı Şəhər Statisika İdarəsinə istinadən xəbər verir.
Bu 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 4,3 faiz çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz azalaraq 4 milyard 553,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 12,9 faiz artaraq 3 milyard 281,1 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 36,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə 50,9 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.