2024-cü ilin yanvar-aprel aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 17,7 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Sənaye məhsulunun 76,0 faizi mədənçıxarma, 20,6 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82,5 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,6 faiz təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 may 2024-cü il vəziyyətinə 551,0 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 32,8 milyon manat məbləğində digər məhsullar da mövcud olub.