2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2,5 milyon ədəd tibbi maska istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tibbi maska istehsalı 15,1 milyon ədəd və ya 7 dəfə (85,8%) azalıb.
2022-ci ilin yanvar noyabr -aylarında bu göstərici 17,6 milyon ədəd təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 6,3 milyon ədəd olub.
Hazır məhsul ehtiyatı da əvvəlki illə müqayisədə 0,8 milyon ədəd, yəni 14,5% çoxdur.
01.12.2023-cü il vəziyyətində ölkədə 5,5 milyon ədəd hazır maska ehtiyatı olub.