Bu ilin yanvar-iyun aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 784,3 min və ya 44,7% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata görə, yanvar-iyun aylarında bu nəqliyyat növü ilə yükdaşıma 16,6% artaraq 197,5 min ton olub.