2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 49,7 min ton sürtkü yağları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə sürtkü yağları istehsalı 17,3 min ton və ya 53,4% artıb.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 32,4 min ton təşkil edib.
2023-cü ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 4 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 0,1 min ton yaxud 2,4% çoxdur.
2022-ci ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 4,1 min ton olub.